General Baş Qərargaha ən azı beş gün rəhbərlik edəcək - Foto
Tarix: 15-03-2021 13:07 | Bölmə: Dünya
General Baş Qərargaha ən azı beş gün rəhbərlik edəcək

Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin səlahiyyətlərini ən azı 5 gün Stepan Qalstyan icra edəcək.

Reyting.az
xəbər verir ki, bunu Ermənistan parlamentinin Müdafiə və təhlükəsizlik məsələləri komitəsinin sədri Andranik Köçəryan deyib.

İclasda “Çiçəklənən Ermənistan” Partiyası ölkədə hərbi vəziyyətin ləğvini təklif edib.



A. Köçəryan isə hərbi vəziyyətin gec və ya tez olmasından asılı olmayaraq götürüləcəyini xatırladıb. Həmçinin müxalifətə məsləhət görüb ki, parlament fraksiyaları öncə bu mövzuda Müdafiə Nazirliyinin mövqeyini öyrənsinlər.

“Bu gün Silahlı Qüvvələrin Baş Qərargah rəisi yoxdur, baxmayaraq ki, general-leytenant Stepan Qalstyan rəis səlahiyyətlərini ən azı 5 gün yerinə yetirəcək. Ancaq nəticədə rəyin öyrənilməsi lazım olan Müdafiə naziri var”,- Köçəryan müxalifətə deyib.





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər