İranda tutulan Fransa vətəndaşına casusluq ittihamı irəli sürülüb
Tarix: 15-03-2021 15:03 | Bölmə: Dünya
İranda tutulan Fransa vətəndaşına casusluq ittihamı irəli sürülüb

On ay əvvəl İran ərazisində tutulan fransalı turist Benjamen Brierə qarşı casusluq ittihamı irəli sürülüb.

Bu barədə müttəhimin vəkili Səid Dehqan deyib.

Fransa vətəndaşı casusluq və İrana qarşı təbliğat aparmaqda təqsirləndirilir.

B. Brier İran-Türkmənistan sərhədi yaxınlığında icazəsiz olaraq pilotsuz uçuş aparatı qaldıraraq qadağan olunmuş ərazilərdən foto və video çəkiliş apardığı üçün 10 ay öncə saxlanılıb/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər