Britaniya Suriya XİN başçısı və digər rəsmilərə sanksiyalar tətbiq edib
Tarix: 15-03-2021 16:07 | Bölmə: Dünya
Britaniya Suriya XİN başçısı və digər rəsmilərə sanksiyalar tətbiq edib

Böyük Britaniya Bəşər Əsəd rejiminə qarşı yeni sanksiyalar tətbiq edib.

Məlumata görə, Suriya xalqına göstərdiyi təzyiqlərlə əlaqədar olaraq Suriyanın xarici işlər naziri də daxil olmaqla, rejimin daha 6 üzvünə qarşı sanksiya tətbiq edilib.

Britaniyanın xarici işlər naziri Dominik Raab həmin şəxslərə səyahət qadağalarının qoyulacağını və onların Britaniyadakı aktivlərinin dondurulacağını qeyd edib.

O vurğulayıb ki, Bəşər Əsəd rejimi islahat tələb edən Suriya xalqına 10 ildir təzyiq göstərir/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər