Zəngəzurda çəkilmiş video Ermənistanda gərginlik yaradıb
Tarix: 15-03-2021 16:08 | Bölmə: Dünya
Zəngəzurda çəkilmiş video Ermənistanda gərginlik yaradıb

Ermənistan Müdafiə Nazirliyi Qafan istiqamətində bir neçə əsgərlə bağlı yayılan videodan məlumatlıdır və hazırda bu məsələ araşdırılır.

Reyting.az
xəbər verir ki, bunu Ermənistan Müdafiə nazirinin müavini Arman Sarksiyan hərbçilərin Sünik (Zəngəzur) regionunda çəkilən qalmaqallı videosudan danışarkən deyib.

Nazir müavini əlavə edib ki, Qafanda hərbi hissənin nəzarət etdiyi hansısa ərazinin Azərbaycana veriləcəyi haqda fikirlər əsaslı deyil.

Onun sözlərinə görə, hazırda Ermənistanın hərbi polisi bu məsələni araşdırır.

Qeyd edək ki, “Mediaport” Teleqram kanalında bir neçə hərbçinin xidmət şərtlərindən şikayətləndikləri və onlara verilən əmrlərdən bəhs edən videosu yayımlanıb. Həmin videoda hərbçilər iddia edirlər ki, mövqelərini tərk etmək əmri verilib. Əsgərlər buna səbəb kimi Qafanın təslim olduğunu qeyd edir və bildirirlər ki, ətraflarında yalnız Azərbaycan əsgərləri var. Xüsusilə bildirirlər ki, rabitə vasitələri də daxil olmaqla heç bir zəruri vasitə yoxdur.

Sarksiyan isə deyir ki, hərbi polis məsələ ilə bağlı materiallar toplayır: “Qafanda hər hansı narahatlıq üçün əsas yoxdur. Müdafiə Nazirliyi və Baş Qərargah xidmətin şərtlərini yaxşılaşdırmaq üçün fəal iş aparır. Ancaq bu məsələdə bəzi problemlərin olması da reallıqdır”.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər