Matviyenko: “Rusiya Avropa Şurası ilə açıq dialoqa hazırdır”
Tarix: 15-03-2021 17:22 | Bölmə: Dünya
Matviyenko: “Rusiya Avropa Şurası ilə açıq dialoqa hazırdır”

Rusiya Avropa Şurası ilə açıq dialoqa hazırdır.

Bunu Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Hendrik Daemsla görüşündə bildirib.

“Təəssüflər olsun ki, biz əvvəl olduğu kimi bu gün Avropa Şurasının Rusiya ilə qarşıdurmada alət kimi istifadə olunmaq cəhdləri ilə, ikili standartlarla, ölkəmizə qarşı ədalətsiz, əsasız hücumlarla qarşılaşırıq. Lakin biz əvvəlki kimi öz maraqlarımızı qoruyaraq düzgün, açıq və qarşılıqlı hörmətə əsaslanan dialoqa istiqamətlənmişik”, - deyə o qeyd edib.

Rusiya Federasiya Şurasının spikeri Avropa Şurasının uzaqgörənlikdən məhrum olmasının ölkəsini ciddi narahat etdiyini vurğulayıb: “Başlıcası odur ki, bu, Avropa Şurasının özünün xeyrinə deyil”/apa.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər