Kremldən xəbərdarlıq: "NATO qoşunlarının Ukraynaya yerləşdirilməsi gərginliyi artıracaq"
Tarix: 02-04-2021 16:38 | Bölmə: Dünya
Kremldən xəbərdarlıq: "NATO qoşunlarının Ukraynaya yerləşdirilməsi gərginliyi artıracaq"

“NATO qoşunlarının Ukraynaya yerləşdirilməsi Rusiya sərhədləri yaxınlığında gərginliyə səbəb olacaq və Moskvanı öz təhlükəsizliyini təmin etmək üçün əlavə tədbirlər görməyə məcbur edəcək”.

Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Kremlin sözçüsü Ukraynanın şərqindəki təmas xəttində Ukrayna hökumət qüvvələri ilə separatçı qüvvələr arasında vəziyyətin olduqca narahatedici olduğunu və təxribat yaşandığını vurğulayıb.

Qeyd edək ki, NATO Ukraynanın şərq sərhədinə çox sayda hərbi texnikanın gətirilməsindən narahatlığını ifadə edib. ABŞ-ın müdafiə naziri Lloyd Ostin ukraynalı həmkarı ilə telefon danışığında Rusiyanın Ukraynanın şərqində təxribatçı addımlarını pisləyib/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər