ABŞ prezidenti Ukraynaya səfər etmək istəyir
Tarix: 02-04-2021 21:42 | Bölmə: Dünya
ABŞ prezidenti Ukraynaya səfər etmək istəyir

ABŞ prezidenti Bayden Ukraynaya səfər etməyə hazırdır.

Bu barədə Ukrayna Prezidenti Ofisinin rəhbəri Andrey Yermak bildirib.

Məlumata görə, bu gün Ukrayna prezidenti Zelenski ilə ABŞ lideri Baydenin ilk telefon söhbəti olub.

"Prezident Bayden Ukraynanı hərtərəfli dəstəkləyir, onun komandası isə Zelenskinin islahat məsələlərində hər şeyi qiymətləndirir. Bayden əlavə edib ki, Ukraynaya yenidən səfər etmək imkanını gözləyir, həmçinin Ukrayna parlamentində öz çıxışını xatırladı", - Yermak bildirib.

ABŞ-ın Ağ Evin saytında yerləşdirilən məlumata görə, Bayden və Zelenski müstəqilliyin əhəmiyyəti və Ukraynanın ərazi bütövlüyü haqqında danışıblar.

Ölkə liderləri ümumi demokratik dəyərlərə əsaslandırılan islahatlar proqramları üzərində birgə işləyəcəklərini təsdiqləyiblər.

Bundan başqa, Bayden və Zelenski Birləşmiş Ştatların və Ukraynanın pandemiyanın qarşısının alınması, həmçinin regionda demokratiyanın gücləndirilməsi istiqamətində sıx əməkdaşlıq haqqında danışıblar.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər