Akar: "Türkiyə Silahlı Qüvvələri türk millətinin əmrindədir"
Tarix: 05-04-2021 18:05 | Bölmə: Dünya
Akar: "Türkiyə Silahlı Qüvvələri türk millətinin əmrindədir"

“Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında Türkiyə Silahlı Qüvvələri Suriya, İraq, Kipr, Azərbaycan, Liviya, Aralıq dənizinin şərqi və başqa coğrafiyalarda, ölkədə və sərhəd xaricində hüquqlarımızı, əlaqələrimizi, maraqlarımızı qorumaq, regional və qlobal sülhü, sabitliyi, dost və qardaşlarımızın da haqqını, hüququnu qorumaq üçün böyük fədakarlıq və qəhrəmanlıqla apardığı mübarizəni davam etdirir”.

Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Təqaüdçü Zabitlər Dərnəyi və Türkiyə Təqaüdçü Çavuşlar Dərnəyinin başçılarını, İdarət Heyətinin üzvlərini qəbul edərkən bildirib.

Onun sözlərinə görə, Türkiyə Silahlı Qüvvələri Qazi Mustafa Kamal Atatürkün dediyi kimi, ağıl və elm işığında, Konstitusiya çərçivəsində, qanunlara və Prezidentin direktivlərinə uyğun olaraq, türk millətinin əmrindədir: “Buna heç kim şübhə etməsin”/Report.

Xatırladaq ki, ötən gecə 103 admiral Montro sazişinin pozulması iddiası ilə bağlı AKP iqtidarına qarşı bəyanat veriblər. Məhz bu bəyanat nəinki ordunu, eyni zamanda, ölkənin siyası həyatında ciddi gərginliyə rəvac verib. Artıq bu gün bəyanata imza atan 10 admiral həbs olunub, digərləri barədə istintaq davam edir.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər