İspaniyada daha bir klub baş məşqçi ilə yolunu ayırıb
Tarix: 05-04-2021 20:21 | Bölmə: Dünya
İspaniyada daha bir klub baş məşqçi ilə yolunu ayırıb

İspaniyanın "Alaves" klubu baş məşqçisi Abelardo Fernandes ilə yollarını ayırıb.

Məlumata görə, 51 yaşlı mütəxəssisin müqaviləsi vaxtından əvvəl ləğv edilib.

Klub ispaniyalı baş məşqçiyə gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, "Alaves" La Liqada 29 turdan sonra 23 xalla 19-cu pillədə qərarlaşıb. Abelardo Fernandes yanvarın 12-də baş məşqçi təyin olunmuşdu.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər