İran XİN başçısının müavininə Vyanada hücum cəhdi olub
Tarix: 06-04-2021 16:13 | Bölmə: Dünya
İran XİN başçısının müavininə Vyanada hücum cəhdi olub

İranın xarici işlər nazirinin müavini Abbas Ərakçıya Vyanada hücum etməyə cəhd göstərilib.

“Jamaran” xəbər verir ki, Avropa Xarici Fəaliyyət Xidmətinin siyasi direktoru Enrike Mora ilə danışıqlar keçirdikdən sonra A.Ərakçı iranlı müxalif mühacir tərəfindən təhqir olunub. Daha sonra həmin şəxs ona hücum etməyə çalışıb, amma qarşısı alınıb.

Hazırda Vyanada Nüvə razılaşması üzrə birgə komissiyanın iclas keçirdiyi mehmanxananın qarşısında iranlı müxalif mühacirlər toplaşaraq məsələyə dair danışıqlara qarşı etiraz aksiyası keçirirlər. İran səfirliyi yerli hökuməti danışıqlarda iştirak edən nümayəndə heyətinin təhlükəsizliyini təmin etməyə çağırıb/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər