ÜST Çin vaksinlərinin təsdiqlənməsini aprelin sonunda müzakirə edəcək
Tarix: 06-04-2021 18:02 | Bölmə: Dünya
ÜST Çin vaksinlərinin təsdiqlənməsini aprelin sonunda müzakirə edəcək

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə Çin vaksinlərinin təsdiqlənməsini aprelin sonlarında müzakirə etməyi planlaşdırır.

“Reuters”in verdiyi xəbərə görə, bu barədə ÜST-ün nümayəndəsi Marqaret Harris bildirib.

Onun sözlərinə görə, təşkilatın “Sinovac” və “Sinopharm” vaksinlərinin təcili istifadə siyahısına daxil edilməsi məsələsini aprelin sonlarında nəzərdən keçirməsi gözlənilir.

M. Harris qeyd edib ki, məsələ ümid edildiyi kimi sürətlə baş vermir və bu daha çox dataya ehtiyacın olması ilə əlaqədardır/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər