Avropa Məhkəməsi vaksinasiya ilə bağlı qərar verib
Tarix: 08-04-2021 19:44 | Bölmə: Dünya
Avropa Məhkəməsi vaksinasiya ilə bağlı qərar verib

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) demokratik cəmiyyətlərdə müəyyən xəstəliklərə qarşı uşaqlara peyvənd vurulmasının vacib olduğu barədə qərar qəbul edib.

Türkiyənin NTV telekanalı xəbər verir ki, bu qərar Çexiyadan olan iki ailənin məsələ ilə bağlı AİHM-ə müraciətindən sonra qəbul olunub.

AİHM uşaqlarını peyvəndləməyən və bu səbəbdən cəzalandırılan çexiyalı iki ailənin apellyasiya şikayəti ilə bağlı qərarını açıqlayıb. Məlumata görə, 2013 və 2014-cü illərdə uşaqlarının məcburi peyvəndlənməsinə qarşı çıxan iki ailə cəzalandırılıb. Onlar məsələ ilə bağlı AİHM-ə şikayət ediblər. Məhkəmə zəruri hallarda uşaqların vaksinasiya olunması barədə qərar çıxarıb.

AİHM-in qərarına əsasən, Çexiyada uşaqlar 9 xəstəliyə qarşı üzrlü səbəb olmadan peyvənd olunmazsa, valideynləri cərimələnə bilər və peyvənd edilməyən uşaqlar bağçaya gedə bilməzlər.

Məhkəmə bəzi xəstəliklərə qarşı uşaqlar üçün aşının demokratik cəmiyyətlərdə zəruri olduğu barədə qərar qəbul edib.

AİHM-in xüsusi vəkili Nikolas Hervieu bildirib ki, bu qərar COVID-19 pandemiyasına qarşı müəyyən şərtlər daxilində məcburi peyvəndləmə ehtimalını təsdiqləyir/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər