Aprelin 10-u Gürcüstanda matəm elan edilib
Tarix: 09-04-2021 09:58 | Bölmə: Dünya
Aprelin 10-u Gürcüstanda matəm elan edilib

Aprelin 10-u Gürcüstanda matəm günü elan edilib.

Reyting.az
xəbər verir ki, Abxaziya bölgəsində yaşayan və Gürcüstanın nəzarətindəki əraziyə keçərkən həlak olan 4 Gürcüstan vətəndaşının xatirəsi ölkədə matəmlə anılacaq. Bu barədə Gürcüstanın Baş naziri qərar imzalayıb.

Matəm günü ilə əlaqədar 10 aprel saat 00:00-dan 11 aprel saat 11:00-dək ölkədə dövlət bayraqları endiriləcək.

Xatırladaq ki, bu il aprelin 7-də Abxaziyadan Gürcüstanın nəzarəti altında olan əraziyə keçməyə cəhd edən 4 Gürcüstan vətəndaşı Enquri çayında boğularaq ölüb. Onların cəsədləri daha sonra xilasedicilər tərəfindən tapılıb.

Faktla əlaqədar Gürcüstan Cinayət Məcəlləsinin azadlıqdan qanunsuz məhrumetmə və intihara təhrik maddələri üzrə cinayət işi başlanıb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər