Dövlət katibi: “Macarıstan özünü türkdilli dövlətlər arasında görür”
Tarix: 10-04-2021 15:21 | Bölmə: Dünya
Dövlət katibi: “Macarıstan özünü türkdilli dövlətlər arasında görür”

“Macarıstan özünü türkdilli dövlətlər arasında görür”.

Bunu bu gün Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısında Macarıstan Xarici Əlaqələr və Ticarət Nazirliyinin Təhlükəsizlik Siyasəti üzrə dövlət katibi Peter Sztaray bildirib.

Peter Sztaray deyib ki, türk dünyası Macarıstan üçün vacibdir: “Burada yaşayan dədə-babalarımız türk irsini yaradıblar”.

Macarıstan Xarici Əlaqələr və Ticarət Nazirliyinin Təhlükəsizlik Siyasəti üzrə dövlət katibi qeyd edib ki, ən böyük çətinliklərdən biri saxta informasiyalara qarşı mübarizədir: “Milli və beynəlxalq səviyyədə ictimaiyyətə düzgün məlumatların çatdırılması vacibdir. Saxta məlumatların dünya miqyasında nəticəsi və yan təsirlərini görürük. Macarıstan barədə də saxta məlumatların yayılmasını görürük. Bu sahədə əməkdaşlıq vacibdir. Ölkələrimizin informasiya agentliyinin əməkdaşlığı vacibdir, Macarıstan özünün informasiya agentliyinin təcrübəsini bölüşməyə hazırdır”/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər