Ərdoğan Zelenski ilə mətbuat konfransında: "Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik"
Tarix: 10-04-2021 21:19 | Bölmə: Dünya
Ərdoğan Zelenski ilə mətbuat konfransında: "Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik"

Ukraynanın dövlət başçısı V. Zelenski Türkiyə səfər edib.

Reyting.az TRT-yə istinadla xəbər verir ki, o, İstanbuldakı Huber iqamətgahında prezident Ərdoğanla bir araya gəlib.

Məlumata görə, tərəflər regiondakı vəziyyət, ikitərəfli münasibətlər və turzimin inkişafı ilə bağlı müzakirə aparıblar.

Mia.az xəbər verir ki, görüşlərdən sonra liderlər birgə mətbuat konfransı keçiriblər.

Ərdoğan deyib ki, Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir, Krımın ilhaqını tanımır: "Ortaq çoğrafiyamızda nə olur olsun, gərginliyin artmasını istəmirik. Bu baxımdan Ukraynanın şərqindəki münaqişə ocağını da müzakirə etdik. Mövcud böhranın Ukraynanın ərazi bütövlüyü və beynəlxalq hüquq prinsipləri çərçivəsində həllini gözləyir və bu istiqamətdə gərəkli dəstəyi verməyə hazırıq...".

Ərdoğan bildiirb ki, Zelenski ilə müdafiə sənayesi və digər ticarət məsələləri ilə bağlı müzakirə aparıblar: "İşbirliyimiz qətiyyən 3-cü ölkələrə qarşı deyil. İkili ticarət əlaqələrimiz iqtiasadiyyatımız üçün bir-birini tamalayan vacib məsələlərdir. İnanıram ki, aramızdakı ticarət dövriyyəsindəki hədəfimiz olan 10 milyard dollarlıq hədəfə çatacaq".

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər