Britaniya Baş naziri Şahzadə Filipin yas mərasimində iştirak etməyəcək
Tarix: 11-04-2021 15:02 | Bölmə: Dünya
Britaniya Baş naziri Şahzadə Filipin yas mərasimində iştirak etməyəcək

Böyük Britaniya Baş naziri Boris Conson Şahzadə Filipin yas mərasimində iştirak etməyəcək.

Bu barədə Böyük Britaniya Baş nazirinin ofisindən verilən məlumatda bildirilib.

Qeyd edilib ki, mümkün qədər daha çox ailə üzvlərinin iştirakına imkan yaratmaq üçün Baş nazir mərasimdə iştirak etməyəcək.

Hazırda İngilətərədə karantin qaydalarına görə dəfn mərasimlərində ən çox 30 nəfər iştirak edə bilər.

Şəhzadə Filipin yas mərasimi aprelin 17-də Vindsor Sarayında keçiriləcək. Yas mərasimi ictimaiyyətə bağlı olacaq/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər