ABŞ Dövlət katibi Brüsselə səfər edəcək
Tarix: 12-04-2021 15:57 | Bölmə: Dünya
ABŞ Dövlət katibi Brüsselə səfər edəcək

ABŞ Dövlət katibi Entoni Blinken Brüsselə səfər edəcək.

Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Dövlət katibi Entoni Blinken 13-15 aprel tarixlərində Brüssel şəhərində səfərdə olacaq.

“Dövlət katibi bu fürsətdən istifadə edərək, ABŞ-ın Transatlantik alyansda qarşılıqlı hədəflərimizə çatmaq üçün vacib tərəfdaşlığa sadiqliyini bir daha təsdiqləyəcək. Entoni Blinken avropalı həmkarları ilə əsas prioritetləri və ortaq çağırışları müzakirə etmək üçün ikitərəfli və çoxtərəfli görüşlər keçirəcək”, - Dövlət Departamentinin məlumatında qeyd olunub.

Qeyd edək ki, ABŞ müdafiə naziri Lloyd Ostin də Brüsselə səfər edəcək. O, NATO Baş katibi Yens Stoltenberqlə görüşəcək/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər