Lavrov: “ABŞ-ın İrana qarşı birtərəfli sanksiyaları ləğv edilməlidir”
Tarix: 13-04-2021 11:50 | Bölmə: Dünya
Lavrov: “ABŞ-ın İrana qarşı birtərəfli sanksiyaları ləğv edilməlidir”

Moskva Hərtərəfli Birgə Fəaliyyət Planı ilə əlaqəli olmayan ABŞ sanksiyalarının tamamilə ortadan qaldırılmasında israrlıdır.

Məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Məhəmməd Cavad Zəriflə danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib.

“Bizim mövqeyimiz aydındır. Bu mövqe iranlı dostlarımızın yanaşması ilə tamamilə yekdildir. Vaşinqton tərəfindən tətbiq olunan bütün birtərəfli sanksiyalar Hərtərəfli Birgə Fəaliyyət Planının birbaşa olaraq pozulmasıdır və bu sanksiyalar sözsüz ki, ləğv edilməlidir”, - deyə Rusiya XİN başçısı qeyd edib.

Rusiyalı nazir vurğulayıb ki, ölkəsi ABŞ-ın İranın nüvə sazişinin tam icrasına qayıdacağına ümid edir: “Ümid edirik ki, Hərtərəfli Birgə Fəaliyyət Planı qorunub saxlanılacaq və Vaşinqton nəhayət BMT Təhlükəsizlik Şurasının sözügedən qətnaməsinin tam yerinə yetirilməsinə qayıdacaq. Bu da öz növbəsində İranın nüvə anlaşmasının bütün tələblərinə əməl etməsi üçün ilkin şərtlər yaradacaq”/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər