Lavrov və Zərif Qarabağdakı vəziyyəti müzakirə ediblər
Tarix: 13-04-2021 11:57 | Bölmə: Dünya
Lavrov və Zərif Qarabağdakı vəziyyəti müzakirə ediblər

Rusiya və İran Dağlıq Qarabağda münaqişənin uzunmüddətli siyasi-diplomatik tənzimlənməsinin vacibliyini müzakirə edib və bu prosesdə region ölkələrinin oynaya biləcəyi rolu nəzərdən keçirib.

Reyting.az
-ın məlumatına görə, bunu Rusiyanın Xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Məhəmməd Cavad Zəriflə birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, tərəflər Rusiyanın vasitəçilik səyləri nəzərə alınmaqla Qarabağdakı vəziyyəti müzakirə edib:

"Biz münaqişənin fəsadlarının aradan qaldırılmasının və ümumilikdə münaqişənin Azərbaycan və Ermənistan xalqlarının maraqları çərçivəsində ədalətli əsasda uzunmüddətli siyasi-diplomatik tənzimlənməsinin vacibliyini vurğulamışıq, eləcə də region ölkələrinin bu prosesdə oynaya biləcəyi rolu nəzərdən keçirmişik". (Trend)




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər