12:06 / 03-02-2026
Tehranda bazar yanır
10:55 / 03-02-2026
"Azvvallet"ə qadağa qoyulub
Koçaryan koronavirusa yoluxub
Tarix: 13-04-2021 15:01 | Bölmə: Dünya
Koçaryan koronavirusa yoluxub

Ermənistanın keçmiş prezidenti Robert Koçaryan koronavirusa yoluxub.

“Novosti Armeniya” xəbər verir ki, bu səbəbdən onun cinayət işi üzrə aprelin 13-də Yerevanda keçirilməli olan məhkəmə prosesi təxirə salınıb.

R.Koçaryan və vəkili Aram Vardevanyan məhkəmə zalına gəlməyiblər.

Keçmiş prezidentin digər vəkili Hayk Alumyan məkəmədə bildirib ki, koronavirusun simptomları olduğundan həkimlər müvəkkilinə COVID-19 testi verməyi tapşırıblar. Onun sözlərinə görə, R.Koçaryanın əhatəsində koronavirusa yoluxma halı qeydə alınıb.

R.Koçaryan və vəkili Aram Vardevanyan artıq test veriblər. Onların hər ikisi özlərini təcrid ediblər/Report.




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:06 Tehranda bazar yanır