Ukrayna XİN başçısı Blinkenlə görüşdə: “Moskvanı gərginlik yaratmaqdan çəkindirməliyik”
Tarix: 13-04-2021 18:12 | Bölmə: Dünya
Ukrayna XİN başçısı Blinkenlə görüşdə: “Moskvanı gərginlik yaratmaqdan çəkindirməliyik”

ABŞ Dövlət katibi Entoni Blinken Ukraynanın Xarici işlər naziri Dmitri Kuleba ilə görüşüb.

Bu barədə D. Kuleba "Twitter"də bildirib.

“Rusiyanın müharibə ritorikasını artırdığı və hərbçilərini sərhəddə cəmləşdirdiyi bir zamanda Brüsseldə amerikalı həmkarım ilə görüşmək çox yaxşı oldu”, - deyə o vurğulayıb.

XİN başçısı qeyd edib ki, hər hansı bir yeni hərbi macəranın bədəli çox yüksək olacaq.

“Moskvanı gərginlik yaratmaqdan çəkindirməliyik”, - deyə ukraynalı nazir bildirib/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər