Türkiyədə 2 həftəlik məhdudlaşmaya qərar verilib
Tarix: 13-04-2021 20:54 | Bölmə: Dünya
Türkiyədə 2 həftəlik məhdudlaşmaya qərar verilib

Türkiyədə Ramazan ayının ilk iki həftəsində həftəiçi küçəyə çıxmaq qadağası axşam saat 19:00-dan tətbiq olunacaq.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin növbəti iclasından sonrakı açıqlamasında bildirib.

Türkiyə Prezidenti deyib ki, yeni növ koronavirusla (COVID-19) mübarizə tədbirləri çərçivəsində tətbiq olunan qadağalara yetərincə əməl olunmazsa, qaydalar daha da sərtləşdiriləcək.

Həftəsonu küçəyə çıxmaq qadağasının qüvvədə qaldığını bildirən R.T.Ərdoğan həftə içində Türkiyə vaxtı ilə axşam saat 19:00-dan səhər saat 05:00-dək küçəyə çıxmaq qadağasının 14 apreldən tətbiq ediləcəyini deyib. Zəruri olmadığı hallarda şəhərlərarası səfərlər də təxirə salınacaq.

Yaşı 65-dən yuxarı və yaşı 18-dən aşağı olanların ictimai nəqliyyatdan istifadə qadağasının yenidən tətbiq olunacağını vurğulayan prezident Türkiyədə restoran, kafe və bu kimi ictimai iaşə müəssisələrinin fəaliyyətinin Ramazan bayramından sonra davam edəcəyini deyib.

R.T.Ərdoğan müvafiq qaydaların Türkiyə Daxili İşlər Nazirliyinin növbəti sərəncamı əsasında həyata keçiriləcəyini bildirib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər