Orta Asiyada gərginlik artır: 30 minə yaxın Qırğız vətəndaşı təxliyə edilib
Tarix: 01-05-2021 13:14 | Bölmə: Dünya
Orta Asiyada gərginlik artır: 30 minə yaxın Qırğız vətəndaşı təxliyə edilib

Qırğızıstan hakimiyyəti Tacikistanla sərhədyanı məntəqədən 27 358 nəfər vətəndaşını təxliyə edib.

“24.kg” xəbər verir ki, bunu Qırğız Respublikası səhiyyə nazirinin birinci müavini Aliza Soltonbekov mayın 1-də keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, təxliyə edilənlərə psixoterapevt və psixoloq qrupu yardım edir:

“Onlara pulsuz tibbi xidmət göstərilir. Arka, Ak-Tatır, Samarkandek, Janı-Jer, Kulundu kəndlərinin sakinləri təxliyə olunub” .

O, aprelin 28 və 29-da Tacikstan sərhədçilərinin açdığı atəş nəticəsində yaralanan 163 nəfərin tibbi yardım üçün müraciət etdiyini, 33 nəfərin isə öldüyünü bildirib/Report.

Xatırladaq ki, dünən Tacikistan hərbçiləri Qırğız Republikasının sərhədyanı Arka kəndindəki mülki əhalinin yaşadığı evləri atəşə tutub.

“RİA Novosti” xəbər verir ki, bunu Qırğızıstanın Sərhəd Xidməti bildirib.

Məlumata görə, atəşə tutulan kəndin sakinləri aprelin 29-da baş verən hadisədən sonra təxliyə edilib. Bildirilib ki, Tacikistanla sərhəddə vəziyyət gərgindir. Qırğızıstan sərhədçiləri müdafiə mövqeyi tutub.

Məlumata görə, Tacikistan tərəfi Qırğızıstanla sərhəddə əlavə hərbi qüvvə toplayır.

Qeyd edək ki, aprelin 28 və 29-da Tacikistan hərbçilərinin açdığı atəş nəticəsində Qırğızıstanın 163 vətəndaşı yaralanıb, 31-i ölüb. Qarşı tərəf isə 3 vətəndaşının öldüyünü bildirib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər