16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Almaniyada qarşıdurma: polis nümayişçilərə qarşı sərt tədbirlər görür
Tarix: 02-05-2021 09:55 | Bölmə: Dünya
Almaniyada qarşıdurma: polis nümayişçilərə qarşı sərt tədbirlər görür

Almaniyanın paytaxtı Berlin şəhərində nümayişçilərlə polisin qarşıdurması olub.

“RİA Novosti” xəbər verir ki, bu barədə şəhər polisinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, polis, bəzi nümayişçiləri sanitariya tələbləri pozduqları üçün saxlayıb. Bundan sonra aksiyanın digər iştirakçıları polisə yandırıcı maddələr, daş və butulka atıblar.

Etirazçılar şəhərdə, həmçinin zibil qutularını aşırıb, yanğınlar törədib.

Qeyd edilib ki, təhlükəsizlik qüvvələri daş və butulkalarla vurulduqdan sonra Berlində sərt həbslər başlayıb. Asayiş pozucularını hətta xüsusi texnikalardan istifadə edərək saxlayırlar.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}