17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Suriyada prezidentliyə namizədlərin yeddisi qadındır
Tarix: 02-05-2021 12:20 | Bölmə: Dünya
Suriyada prezidentliyə namizədlərin yeddisi qadındır

Suriyada prezident seçkilərində iştirak edəcək namizədlərin sayı 51 nəfərə yüksəlib.

Reyting.az
“SANA”ya istinadla xəbər verir ki, aprelin 28-də namizədlərin qeydiyyatı prosesi tamamlanıb.

Rəsmi məlumata görə, 7-si qadın olmaqla namizədlərin ümumi sayı 51 nəfərə çatıb.

Suriyadakı prezident seçkilərində iştirak etmək istəyənlər parlamentin 250 üzvündən 35-nin razılığını almalıdırlar. Bundan başqa, ölkə konstitusiyasına görə, prezidentliyə namizəd olmaq istəyən hər kəsin 40 yaşı, Suriya vətəndaşlığı, qeyri-suriyalı ilə nikahda olmaması və ölkədə ən azı 10 il yaşaması tələb edilir.

Seçkilər mayın 26-da keçiriləcək.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}