İranda kimyəvi zavodda partlayış baş verib
Tarix: 02-05-2021 12:54 | Bölmə: Dünya
İranda kimyəvi zavodda partlayış baş verib

İranın Qum şəhərində yerləşən kimyəvi zavodda yanğınla nəticələnən partlayış baş verib.

“Fars” agentliyi xəbər verir ki, hadisə yerli vaxtla 06:02-də (Bakı vaxtı ilə 05:32) Moldan kimya zavodundakı sənaye zonasında qeydə alınıb.

Güclü yanğından sonra bir neçə partlayış baş verib. Hadisə yerinə 150 yanğınsöndürən və canlı qüvvə cləb edilib. Zavodun bir hissəsi boşaldılıb/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər