Berlində nümayiş: 240 şəxs saxlanılıb
Tarix: 02-05-2021 14:48 | Bölmə: Dünya
Berlində nümayiş: 240 şəxs saxlanılıb

Almaniya polisi paytaxt Berlin şəhərində 1 May günü münasibəti ilə keçirilən nümayişlərində iştirak edən 240 nəfəri saxlayıb.

Bu barədə RBB telekanalı xəbər yayıb.

20 nümayişdə 30 polis əməkdaşı xəsarət alıb. Noykölln-Kroyzberq bölgəsində 8-10 min nəfərin iştirak etdiyi nümayişlər əvvəlcə dinc şəraitdə keçsə də, axşam saatlarına doğru polislə qarşıdurma yaranıb.

Nümayişçilər polislərə daş, pirotexnika və şüşə butulkalar atıblar. Ayrıca, aktivistlər taxta paletləri və elektrikli skuterləri yandırıblar/Report.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}