Şimali Koreya-ABŞ münasibətləri təhlükəli həddə çatır
Tarix: 03-05-2021 15:05 | Bölmə: Dünya
Şimali Koreya-ABŞ münasibətləri təhlükəli həddə çatır

Şimali Koreya son dövrlər Vaşinqton tərəfindən verilən açıqlamaların ABŞ-ın düşməncəsinə bir siyasət yürütməsinin sübutu olduğunu və buna qarşılıq verləcəyini nəzərdə tutan açıqlama ilə çıxış edib.

Reyting.az
xəbər verir ki, Şimali Koreyanın KCNA dövlət agentliyi son günlər ABŞ-a qarşı bir neçə bəyanat tirajlaması ilə gündəmə gəlib.

Bəyanatların birində ABŞ rəsmilərinin Şimali Koreya siyasətini gözdən keçirdikləri və özündən əvvəlki prezidentlərin səhvlərini təkrarlamaq istəməyən C. Baydenin qarşı-qarşıya olduğu çətinlikləri ifadə etməsini əhatə olunub.

Qeyd edək ki, bazar günü ABC kanalınında yayımlanan proqrama qatılan ABŞ prezidenti Baydenin milli təhlükəsizlik müşaviri Jake Sullivan “Şimali Koreyaya yönəlik siyasətimiz düşmənçilik deyil, problemin həllini nəzərdə tutur”,- açıqlaması vermişdi.

Şimali Koreyadan verilən açıqlamadan birində Vaşinqtonun Pxenyanın insan haqlarının durumunu tənqid etməsinin ölkə rəhbərliyinin heysiyyatını təhqir etmək olduğu ifadə edilib.

Eyni zamanda Xarici İşlər Nazirliyinin adı açıqlanmayan sözçüsü bu tənqidin Vaşinqtonun Şimali Koreya ilə “mübarizəyə hazırlaşdığının” göstəricisi və təxribat olduğunu deyib, buna qarşılıq veriləcəyini bəyan edib.

Bir başqa açıqlamada Şimali Koreyanın Xarici İşlər Nazirliyinin ABŞ-la münasibətlər idarəsinin direktoru Kvon Yonq Gun Baydenin çərşənbə günü Konqresdəki çıxışını tənqid edərək bunu məntiqsiz şəkildə Şimali Koreyanın qanuni müdafiə haqqına yönəlik hücum cəhdi kimi qiymətləndirib.

C. Bayden Şimali Koreya və İranın nüvə proqramlarının təhdid olduğunu və bu təhdidlərin diplomatik və çəkindirici yollarla həll ediləcəyini demişdi.

Kvon Yonq Gun isə bildirib ki, ABŞ 50 ildən uzun müddətdir ki, Şimali Koreyaya qarşı düşmən siyasət həyat keçirir və indi də bunu davam edəcəyini ortaya qoyur.

Kvon ABŞ-ın diplomatiya dediyi şeyin düşməni münasibətləri gizlətmək olduğunu, çəkindirmənin isə Şimali Koreyaya qarşı nüvə təhdidləri artırmaq niyyəti ilə ortaya atıldığını bəyan edib. O, bildirib ki, Bayden siyasəti artıq konkretləşib və Şimali Koreya buna qarşılıq vermək məcburiyyətinə qalacaq.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər