Suriyada üç şəxsin prezidentliyə namizədliyi təsdiqlənib
Tarix: 03-05-2021 15:21 | Bölmə: Dünya
Suriyada üç şəxsin prezidentliyə namizədliyi təsdiqlənib

Suriyanın Ali Konstitusiya Məhkəməsi prezidentliyə üç şəxsin namizədliyini təsdiqləyib.

Reyting.az
“SANA”-ya istinadla xəbər verir ki, bunu məhkəmənin rəhbəri Məhəmməd Cihad əl-Ləhəm bu gün mətbuat konfransında bildirib.

Üçlük Abdullah Salum Abdullah, Bəşər Hafiz Əsəd və Mahmud Əhməd Maraidən ibarətdir.

Ali Konstitusiya Məhkəməsinin rəhbəri bildirib ki, diskvalifikasiya olunanların üç gün ərzində apellyasiya şikayəti vermək hüququ var və etirazlarını Ali Məhkəməyə təqdim edə bilərlər.

Xatırladaq ki, Suriyada prezident seçkiləri mayın 26-da keçiriləcək.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər