Parlament Paşinyanın baş nazir seçilməsinə səs verməyib
Tarix: 03-05-2021 16:14 | Bölmə: Dünya
Parlament Paşinyanın baş nazir seçilməsinə səs verməyib

b]Ermənistan parlamentinin deputatları bu gün keçirilən xüsusi iclasda Nazirlər Kabinetinin rəhbəri vəzifəsini icra edən Nikol Paşinyanın ölkədə növbədənkənar parlament seçkisi keçirmək üçün respublikanın baş naziri vəzifəsinə namizədliyinə səs verməyiblər.[/b]

TASS xəbər verir ki, Ermənistan qanunverici orqanının xüsusi iclası yerli telekanallar tərəfindən canlı yayımlanıb.

“Paşinyanın baş nazir seçilməsinin lehinə 1 deputat səs verib, 3 nəfər bunun əleyhinə çıxıb, 75 nəfər isə bitərəf qalıb. Paşinyan baş nazir seçilməyib”, - parlamentin sədri Ararat Mirzoyan bildirib/Report.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}