İtaliyada ölüm halları artıb
Tarix: 03-05-2021 16:52 | Bölmə: Dünya
İtaliyada ölüm halları artıb

2020-ci ildə İtaliyada təxminən 750 min nəfər ölüb ki, bu da 2019-cu illə müqayisədə 18 faiz çoxdur.

Bu barədə İtaliyanın Milli Statistika İnstitutunun (Istat) bu gün yaydığı hesabatda deyilir.

Mütəxəssislər qeyd edir ki, ölüm faizinin artmasının səbəblərindən biri də koronavirusun yaratdığı xəstəlikdir. İtaliyada ötən ilin yazında pandemiyanın başlamasından bəri yoluxmuş 4 milyondan çox insandan 120 mindən çoxu koronavirusun fəsadlarından ölüb.

Pandemiya ölkədə ümumi doğum və ölüm nisbətinə də təsir edib. “Istat” bildirir ki, əhali sayı 384 min nəfər azalaraq 59,2 milyona düşüb. Azalma ölkənin bütün bölgələrində müşahidə olunur/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər