İraqda İŞİD-in rəhbərlərindən biri tutulub
Tarix: 03-05-2021 17:33 | Bölmə: Dünya
İraqda İŞİD-in rəhbərlərindən biri tutulub

İraq xüsusi xidmət orqanlarının əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində İŞİD terror təşkilatının dəstələrindən birinin rəhbəri saxlanılıb.

Bu barədə bu gün "Al Sumaria” telekanalı məlumat yayıb.

Saxlanılan Əbu Əli əl-Cəmili uzun müddət axtarışda olub və terror əməlləri həyata keçirməkdə ittiham olunub. İraq xüsusi xidmət orqanlarının məlumatına görə, 2005-ci ildə “Əl-Qaidə” terror təşkilatına qoşulan terrorçu 15 il müddətinə azadlıqdan məhrum edilsə də, 2011-ci ildə azadlığa buraxılıb. Bundan sonra əl-Cəmili İŞİD-in silahlı dəstələrinin formalaşmasında iştirak edib, Suriya ərazisində terrorçuluq fəaliyyəti həyata keçirib, bundan sonra İraqa qayıdıb. O, əvvəlcə Mosul “qubernatorunun müavini”, daha sonra isə Əl-Fəllucənin “qubernatoru” təyin edilib.

İraq Daxili İşlər Nazirliyindən bildirilib ki, əl-Cəmili artıq terror əməlləri həyata keçirməsini, o cümlədən ölkənin hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı yönəlmiş terror aktları törətdiyini etiraf edib/APA.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}