Çinin "Sinovac" vaksini Türkiyədə də istehsal olunacaq
Tarix: 12-05-2021 17:44 | Bölmə: Dünya
Çinin "Sinovac" vaksini Türkiyədə də istehsal olunacaq

Çinin "Sinovac" peyvənd şirkəti Türkiyəyə istehsal lisenziyası verib.

Reyting.az
TRT-yə istinadla xəbər verir ki, bu barədə "Sinovac" şirkətinin rəhbəri Yin Veidonq açıqlayıb.

Onun sözlərinə görə, Türkiyə də daxil olmaqla beş ölkəyə "Sinovac" peyvəndinin istehsal lisenziyası verilib. Yeni istehsalçı ölkələr: İndoneziya, Braziliya, Malayziya, Misir və Türkiyədir.

Yin bildirib ki, Braziliya, İndoneziya və Türkiyəyə əhalinin 20%-ni vaksinasiya etmək üçün peyvənd verilsə də bu yeterli olmayıb. Buna görə də peyvənd bu ölkələrdə də istehsal olunmalıdır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}