Keçmiş nazir ölkə vətəndaşlığından məhrum edilib
Tarix: 14-05-2021 11:35 | Bölmə: Dünya
Keçmiş nazir ölkə vətəndaşlığından məhrum edilib

Gürcüstanın keçmiş baş prokuroru və ədliyyə naziri (2004-2012) Zurab Adeişvili Gürcüstan vətəndaşlığından məhrum edilib.

Bu barədə ölkənin Ədliyyə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Z.Adeişvili Ukrayna vətəndaşlığı aldığından Gürcüstan vətəndaşlığından imtina etməsi ilə bağlı bu ilin martın 4-də müraciət edib.

Sənədə baxılandan sonra vətəndaşlığa xitam verilməsi ilə bağlı qərar Gürcüstan prezidentinə təqdim olunub. Dövlət başçısı ötən gün qərarı təsdiqləyib və sabiq nazir Gürcüstan vətəndaşlığından məhrum edilib/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər