Ermənistan ordusunda dərəbəylik: polkovnik əsgərləri ilə... - Video
Tarix: 14-05-2021 15:49 | Bölmə: Dünya
Ermənistan ordusunda dərəbəylik: polkovnik əsgərləri ilə...

Ermənistanın Qafan şəhərində (Zəngəzur bölgəsinə daxildir) yerləşən hərbi hissələrindən birində yüksək çinli zabitlər arasında “razborka” olub.

Reyting.az
Ermənistanın Armlur.am saytına istinadla xəbər verir ki, hərbi hissənin komandiri, polkovnik Arayik Madatyan bir neçə hərbçi ilə mübahisə edib.

Erməni mediası yazır ki, hərbi hissə komandiri olan polkovnik Madatyan mübahisə etdiyi hərbçilərə fiziki zor tətbiqindən də çəkinməyib.

Mübahisə zamanı erməni polkovniki “İstədiklərimə nail olmasam, deməli, bu hərbi hissənin komandiri mən deyiləm. İkinizi də sındıracağam”,- deyə tabeliyindəki hərbi qulluqçulara bağırıb.

Saytın yazdığına görə, 44 günlük Qarabağ müharibəsindən sonra bir qrup çağırışçı Qarabağdan məzuniyyətə qayıdıb, bəziləri isə hərbi xidmətini başa vurmaq üçün Xankəndi şəhərinə qayıtmaqdan imtina edib.

Nəticədə Ermənistan Müdafiə Nazirliyi Qarabağa getməkdən imtina edən çağırışçıların Ermənistanın müxtəlif hərbi hissələrinə göndərilməsinə və bölüşdürülməsinə qərar verib. Ehtimal olunur ki, Qafanda yerləşən hərbi hissənin komandiri Arayik Madatyan həm də həmin əsgərləri hədəfə alıb və nəticədə biabırçı hadisə yaşanıb. Demək olar ki, bütün hərbi hissə münaqişənin şahidi olub. Hərbçilər komandirlərini sakitləşdirməyə çalışsalar da, polkovnik qışqırmaq və səs-küy yaratmaqda davam edib.

Bu, əslində erməni ordusunun hansı durumda olduğuna əyani sübutdur.





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər