Reyqanın keçmiş müşaviri Putindən Rusiya vətəndaşlığı istəyib
Tarix: 16-05-2021 15:27 | Bölmə: Dünya
Reyqanın keçmiş müşaviri Putindən Rusiya vətəndaşlığı istəyib

ABŞ prezidenti Ronald Reyqanın keçmiş müşaviri Susann Massi Vladimir Putindən Rusiya vətəndaşlığına qəbul olunmasını istəyib.

Reyting.az
“NTV”yə istinadla xəbər verir ki, o bunu Rusiya telekanalına verdiyi müsahibədə bildirib.

“Ömrümün uzun illərini Rusiya və ABŞ xalqlarını bir-birinə yaxınlaşdırmağa həsr etdim. Bu gün işimi davam etdirmək üçün Rusiyada qalmağım son dərəcə vacib və zəruridir. Prezident Vladimir Vladimiroviç mənə Rusiya vətəndaşlığı vermə fürsəti taparsa, bu mənim üçün şərəf olacaq”.

Massi bildirib ki, Amerikada bu qərara görə, ona xain deyiləcək.

Suzann Massi 1931-ci ildə Nyu-Yorkda anadan olub. Vassar Kolleci, eyni zamanda, Sorbonn və Parisdəki Siyasi Araşdırmalar İnstitutunda oxuyub. 1984-1988-ci illərdə Reyqanın SSRİ ilə əlaqələr üzrə müşaviri olub. Qərbdə "Soyuq Müharibəni dayandıran qadın" adlandırılıb. Rəhbərliyini SSRİ-yə “şər imperiyası” kimi baxmağı dayandırmağa inandırıb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər