Avropa Birliyinin xarici işlər nazirləri təcili iclas keçirəcək
Tarix: 16-05-2021 20:29 | Bölmə: Dünya
Avropa Birliyinin xarici işlər nazirləri təcili iclas keçirəcək

Avropa Birliyi Xarici İşlər və Təhlükəsizlik Siyasəti nümayəndəsi Cozep Borrell Fələstin-İsrail gərginliyi ilə bağlı çərşənbə axşamı Avropa Birliyi xarici işlər nazirlərinin videokonfrans keçirəcəyini bildirib.

C. Borrell deyib ki, konfransda Fələstin-İsrail münaqişəsinin qısa zamanda sona çatması üçün təkliflər müzakirə olunacaq:

“İsrail və Fələstin arasında davam edən münaqişə və mülki itkilərin qəbuledilməz sayını nəzərə alaraq çərşənbə axşamı fövqəladə bir videokonfrans təşkil edəcəm. Avropa İttifaqının mövcud vəziyyətə son qoyulmasına ən yaxşı şəkildə necə töhfə verə biləcəyini müzakirə edəcəyik”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər