Lavrov və Blinken Fələstin-İsrail qarşıdurmasını müzakirə edəcək
Tarix: 18-05-2021 13:37 | Bölmə: Dünya
Lavrov və Blinken Fələstin-İsrail qarşıdurmasını müzakirə edəcək

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Entoni Blinken Reykyavikdə keçiriləcək görüşdə Fələstin-İsrail qarşıdurmasını və İranın nüvə proqramı üzrə Hərtərəfli Birgə Fəaliyyət Planının (JCPOA) tam həyata keçirilməsini müzakirə edəcəklər.

Bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov RBK-ya müsahibəsində deyib.

“Bu, nazir və dövlət katibi arasında ilk üz-üzə görüş olacaq. Danışıqların gündəliyinə həm ikitərəfli münasibətlər, həm də beynəlxalq məsələlər daxildir. Son zamanlar ikitərəfli əlaqələrdə eniş var.Müzakirə ediləcək beynəlxalq mövzulara gəlincə isə, bura Fələstin-İsrail münaqişəsi ətrafında və bütövlükdə Yaxın Şərqdəki vəziyyət, İranın nüvə proqramı ətrafında tənzimləməyə dair danışıqların irəliləməsi, tərəflərinHərtərəfli Birgə Fəaliyyət Planına dönməsivə Planın tam miqyaslı tətbiqi daxildir. Arktik Şurasına sədrliyin Rusiyaya keçdiyini nəzərə alsaq, təbii ki, Arktikaya da toxunulacaq”, - deyə Rusiya XİN başçısının müavini bildirib.

Qeyd edək ki, mayın 20-21-də Reykyavikdə Arktik Şurasının XİN başçılarının iclası keçiriləcək. Bundan əvvəl E. Blinkenlə S. Lavrov arasında telefon danışığı olub. Rusiya XİN-in məlumatına görə, söhbət əsnasında iki ölkənin top diplomatları bu iclas xaricində ikitərəfli münasibətlərivə beynəlxalq gündəmin əsas məsələlərini müzakirə etməküçün ayrıca görüş keçirmək barədə razılığa gəliblər/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər