Erməni deputat: “Rusiya ilə yeni hərbi-siyasi müqavilə imzalamalıyıq”
Tarix: 18-05-2021 23:35 | Bölmə: Dünya
Erməni deputat: “Rusiya ilə yeni hərbi-siyasi müqavilə imzalamalıyıq”

“Rusiya ilə yeni bir hərbi-siyasi müqavilə imzalanmalıdır”.

Reyting.az
xəbər verir ki, bunu "Çiçəklənən Ermənistan" partiyasından olan deputat Mikael Melkumyan öz “Facebook” səhifəsində yazıb.

“Rusiya Federasiyası ilə yeni bir hərbi-siyasi müqavilə imzalamalı olduğumuza getdikcə daha çox əmin oluram. Bunun alternativi yoxdur”.

Melkumyan əlavə edib: “Qəddimizi düzəltməli və ləyaqətli bir münasibət qurmalıyıq. Rusiya ilə daha sıx inteqrasiya və daha isti münasibətlər qurma yolunu tutmalıyıq. Bu, Ermənistanın gələcəyidir”.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər