Polşa səfirliyi: “Ermənistan sərhədinə səyahət etməyin”
Tarix: 19-05-2021 17:51 | Bölmə: Dünya
Polşa səfirliyi: “Ermənistan sərhədinə səyahət etməyin”

Polşanın Ermənistandakı səfirliyi vətəndaşlarını Tavuş, Geğarkunik, Vayots Dzor və Syunik bölgələrini ziyarətdən imtina etməyə çağırıb.

Reyting.az
xəbər verir ki, bu barədə Polşanın Ermənistandakı səfirliyinin “Facebook” səhifəsində yerləşdirilən mesajda deyilir.

“Syunik və Geğarkunik bölgələrinin sərhəd zonalarında baş verən hadisələr, Ermənistan-Azərbaycan sərhədindəki gərgin vəziyyətlə əlaqədar olaraq həmin bölgələrə səyahətdən çəkinin. Diqqətli olun və yerli hakimiyyət orqanlarının tövsiyələrini yerinə yetirin”, – deyə mesajda bildirilir.

Xatırladaq ki, ABŞ Dövlət Departamenti də Birləşmiş Ştatlar vətəndaşlarına Ermənistan və Qarabağa səyahət etməkdən çəkinməyi tövsiyə edib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər