Avropa İttifaqı ölkələri peyvəndləmə sertifikatının tətbiqi ilə bağlı razılığa gələ bilməyiblər
Tarix: 19-05-2021 19:52 | Bölmə: Dünya
Avropa İttifaqı ölkələri peyvəndləmə sertifikatının tətbiqi ilə bağlı razılığa gələ bilməyiblər

Avropa İttifaqında koronavirusa qarşı peyvəndləmə sertifikatının tətbiqi məsələsinə dair Avropa Parlamenti (EP) və Aİ Şurası (European Council) arasında danışıqların üçüncü mərhələsində də razılığa gəlmək mümkün olmayıb.

Bu barədə EP-də ən böyük deputat qrupuna malik Avropa Xalq Partiyasının (EPP) açıqlamasında bildirilib. Yaxınlaşan yay mövsümündə iqtisadiyyatı dirçəltmək üçün vahid qərara gəlməyin vacib olduğu vurğulanır. EPP sertifikat sahiblərinə Avropanın daxili sərhədləri üzərindən sərbəst, məhdudiyyətsiz gediş-gəliş hüququ verilməsinə tərəfdar çıxır.

Xatırladaq ki, Aİ-nin 27 üzv ölkəsində qüvvədə olacaq “rəqəmli yaşıl sertifikat” məsələsi mart ayının əvvəlindən müzakirə olunur/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər