İnfeksionist: “Gürcüstanın quru sərhədləri açılacaq”
Tarix: 21-05-2021 15:16 | Bölmə: Dünya
İnfeksionist: “Gürcüstanın quru sərhədləri açılacaq”

“Gürcüstanın quru sərhədlərinin açılması məsələsi müzakirə olunur”.

Bunu Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbər müavini, infeksionist Paata İmnadze deyib.

O, məsələ ilə bağlı müsbət qərarın gözlənildiyini bildirib.

P.İmnadze qeyd edib ki, yay turizmi mövsümündə Gürcüstanın cəlbedici və təhlükəsiz ölkə olması üçün bütün addımlar atılıb.

Qeyd edək ki, qonşu ölkə quru sərhədlərini yayın əvvəlində açmağı planlaşdırır/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər