Tutulmasına 7 milyon dollar ayrılan terrorçu öldürülüb
Tarix: 22-05-2021 00:04 | Bölmə: Dünya
Tutulmasına 7 milyon dollar ayrılan terrorçu öldürülüb

Son 72 saat ərzində Nigeriyanın xüsusi xidmət orqanları tərəfindən islamçıların əldə etdiyi səs yazıları “Boko Haram”ın lideri Abubəkr Şekaunun öldürüldüyünə dəlalət edir.

TASS xəbər verir ki, bu barədə “Daily Nigerian” qəzeti milli kəşfiyyat cəmiyyətinə istinadla məlumat yayıb.

Məlumata görə, Şekau mayın 19-da “Qərbi Afrikada İslam dövləti” (ISWAP) cinayət qruplaşmasının üzvləri ilə atışmada qətlə yetirilib.

Bildirilir ki, Şekau kiçik bir dəstə ilə Sambis meşəsindəki qərargahında mühasirəyə düşüb. O, təslim olmaqdan imtina edib.

2013-cü ildə ABŞ onun tutulması üçün 7 milyon ABŞ dolları mükafat təyin etmişdi.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər