Blinken: “Amerika Rusiyanın aqressiv hərəkətlərinə cavab verməyə hazırdır”
Tarix: 24-05-2021 10:02 | Bölmə: Dünya
Blinken: “Amerika Rusiyanın aqressiv hərəkətlərinə cavab verməyə hazırdır”

“ABŞ Rusiya ilə daha sabit və proqnozlaşdırıla bilən münasibətin tərəfdarıdır. Fikrimizcə, bu hər iki ölkəyə və bütün dünyaya fayda verəcək”.

Reyting.az
xəbər verir ki, bu sözləıri ABŞ Dövlət katibi Entoni Blinken “CNN”ə müsahibəsində deyib.

Onun sözlərinə görə, Amerika tərəfi mənafelərini qorumaq üçün Rusiyanın ehtiyatsız və aqressiv hərəkətlərinə cavab verməyə hazırdır: “Nəticədə Rusiya daha proqnozlaşdırıla bilən və sabit əlaqənin olması barədə qərarı özü verməlidir”.

Entoni Blinken həmçinin, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov lə keçirdiyi görüşü konstruktiv adlandırıb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər