ÜST: "Hər ölkə əhalisinin 30 faizini ilin sonunadəkpeyvənd etdirməlidir"
Tarix: 24-05-2021 15:59 | Bölmə: Dünya
ÜST: "Hər ölkə əhalisinin 30 faizini ilin sonunadəkpeyvənd etdirməlidir"

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adanom Qebreyesus hər ölkəni sentyabradək əhalisinin 10%-ni koronavirusa qarşı peyvənd etdirməyə çağırıb.

Məlumata görə, Qebreyesus bu çağırışı Cenevrədə keçirilən 74-cü Ümumdünya Səhiyyə Assambleyasında edib.

O, hər ölkənin öz əhalisinin 30%-ni isə ilin sonunadək koronavirusa qarşı peyvənd etdirməsinin vacibliyini vurğulayıb.

Baş direktor bunun kornavirus pandemiyası ilə mübarizədə mühüm təsirləri ola biləcəyini qeyd edib/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər