20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Türkiyənin hərbi gəmiləri döyüş vəziyyətinə gətirilib
Tarix: 21-02-2018 11:06 | Bölmə: Dünya / Xəbərlər
Türkiyənin hərbi gəmiləri döyüş vəziyyətinə gətirilib

Türkiyə ilə Cənubi Kipr və Yunanıstan arasında Şərqi Aralıq dənizidə uzun müddətdir yaşanan gərginlik yeni mərhələyə keçib.


Türkiyə Dəniz Qüvvələri Kipr yunanlarının neft axtarışları həyata keçirmək istədiyi 3-cü bölgədəki fəaliyyətini martın 10-na kimi uzadıb.

Yunanıstan mətbuatının xəbərinə görə, Cənubi Kipr Prezidenti Nikos Anastadiadis təcili olaraq hökuməti toplayıb və Yunanıstanın baş naziri Aleksis Çiprasa vəziyyət barədə məlumat verib. Anastadiadis baş nazirdən məsələnin BMT-nin gündəminə çıxarılmasını istəyib.

Çiprasın isə Almaniyanın kansleri Angela Merkelə zəng edib və liderlər fevralın 23-də Brüsseldə keçiriləcək Avropa Liderləri Sammitində mövzunu müzakirə etmək barədə razılaşıblar.

Qeyd edək ki, Cənubi Kipr Şərqi Aralıq dənizini Şimali Kipr Türk Cümhuriyyətinin ətrafı da daxil olmaqla 13 ayrı bölgəyə bölərək təbii qaz axtarışları üçün lisenziya verib. Ancaq nə Türkiyə, nə də Şimali Kipr Türk Cümhuriyyəti Cənubi Kiprin bu addımını qəbul edir. Türkiyə xüsusilə yunanların “3-cü bölgə” adlandırdığı ərazidə təbii qaz axtarışlarının ciddi bir böhran yaradacağı barədə xəbərdarlıq edib.

Ancaq adanın yunan tərəfi xarici şirkətlərə təbii qaz axtarışları üçün lisenziyalar təqdim etməkdə davam edir. Son olaraq fevralın 9-da İtaliyanın ENİ şirkətinə aid “Saipem 12000” platforması təbii qaz axtarışları üçün Şimali Kipr Türk Cümhuriyyətinin sahillərində yerləşən “3-cü bölgə”yə gəlib. Yunanıstan mətbuatına görə, Türkiyə döyüş gəmiləri şirkətlərin fəaliyyətinə mane olub.

Yunanıstan və Cənubi Kiprin beynəlxalq təşkilatların gündəminə daşıdığı mövzu barədə Ankara mövqeyini dəyişməyib. Türkiyənin Hərbi-Dəniz Qüvvələri bölgədə daha əvvəlcədən planlaşdırılan hərbi təlimlərini davam etdirir. Türkiyə bölgədəki fəaliyyətin martın 10-na kimi davam etdiriləcəyini açıqlayıb.(Publika.az)




Bölməyə aid digər xəbərlər
20-11-2024, 08:43 Şamaxıda zəlzələ olub

bütün xəbərlər