Xocalıda Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasına həsr olunmuş tədbir keçirilib
Tarix: 15-05-2024 14:05 | Bölmə: Gündəm
Xocalıda Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasına həsr olunmuş tədbir keçirilib

Xocalı rayonunda Rusiya sülhməramlılarının Azərbaycanın Qarabağ bölgəsindən çıxarılmasına həsr olunmuş tədbir keçirilir.

Reyting.az
"Report"a istinadla bildirir ki, tədbirdə hər iki ölkənin yüksək rütbəli hərbçiləri iştirak edirlər.

Qeyd edək ki, Rusiya sülhməramlıları 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Azərbaycan ərazisində müvəqqəti olaraq yerləşdirilmişdi. Daha sonra hər iki ölkənin ali rəhbərliyi onların Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə qərar qəbul ediblər.

***

Rusiya sülhməramlı kontingentinin Azərbaycanın Qarabağ iqtisadi regionunun ərazisindən çıxarılması ilə əlaqədar Xocalıda keçirilən mərasim başa çatıb.









Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}