ABŞ ordusu gəmiyə hücum edib
Tarix: 17-10-2025 08:36 | Bölmə: Xəbərlər
ABŞ ordusu gəmiyə hücum edib

Cümə axşamı ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilər Karib dənizində narkotik daşımaqda şübhəli bilinən Venesuela gəmisinə atəş açıblar.

Reyting.az
xəbər verir ki, bu barədə “Reuters” agentliyi xəbər yayıb.

Gəmidəki ekipaj üzvlərindən bir neçəsinin sağ qaldığı bildirilir.

Bu, ilk belə hadisə deyil. ABŞ Hərbi Dəniz Qüvvələrinin üç hərbi gəmisi Venesuela sahillərində peyda olandan sonra mütəmadi olaraq narkotik ticarətində şübhəli bilinən qayıqlara atəş açılır.

E. KAMAL




Bölməyə aid digər xəbərlər