Xalq artisti II Fəxri xiyabanda dəfn olunub
Tarix: 16-10-2025 15:02 | Bölmə: Xəbərlər
Xalq artisti II Fəxri xiyabanda dəfn olunub

Beynəlxalq Muğam Mərkəzində Xalq artisti Ramiz Quliyevlə vida mərasimi başa çatıb.

Reyting.az
xəbər verir ki, mərasimdə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, mədəniyyət naziri Adil Kərimli, deputatlar, mədəni-ictimai şəxslər, mərhumun ailə üzvləri, sənət dostları və media mənsubları iştirak ediblər.

Vida mərasimində çıxışçılar ustad tarzənin mədəni irsinə və şəxsiyyətinə ehtiramlarını ifadə ediblər.

Mərasimin ardınca mərhum II Fəxri xiyabanda torpağa tapşırılıb.

Allah rəhmət eləsin!




Bölməyə aid digər xəbərlər
14-10-2025, 15:38 Azərbaycan əhalisi artıb