Kürdəmirdəki uşaq bağçasında yanğın olub
Tarix: 17-10-2025 08:52 | Bölmə: Xəbərlər
Kürdəmirdəki uşaq bağçasında yanğın olub

Kürdəmir şəhərindəki uşaq bağçasında yanğın baş verib.

Reyting.az
bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Məlumata görə, uşaq bağçasının ərazisində 7 m² sahədə taxta tullantıları, bitişik ümumi sahəsi 800 m² (hər mərtəbəsi 400 m²) olan ikimərtəbəli 16 otaqlı bağça binasında iki otağın yanar konstruksiyaları 50 m² sahədə, 2 ədəd pəncərə çərçivəsi, 8 ədəd çarpayı və dam örtüyünün taxta atmaları 25 m² sahədə yanıb.

Bağça binasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.




Bölməyə aid digər xəbərlər
14-10-2025, 15:38 Azərbaycan əhalisi artıb